ABŞ-də "McDonald’s"-ın Quarter Pounder burgerləri ilə bağlı E. coli infeksiyası yayılması barədə xəbərdarlıq edib.
Bu barədə İnsanoid.com Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə (CDC) istinadən xəbər verir.
Hazırda 10 ştatda 49 nəfər infeksiyaya yoluxub, 10 nəfər xəstəxanaya yerləşdirilib və 1 nəfər vəfat edib.
Yoluxmaların əksəriyyəti Kolorado və Nebraskada qeydə alınıb, lakin qərbdə Oreqon, şərqdə isə Viskonsin kimi uzaq bölgələrdə də xəstəlik halları aşkarlanıb.
Epidemioloji məlumatlara görə, “McDonald”s ziyarətçiləri "Royal Çizburger"dən zəhərləniblər.
"McDonald’s" bəyan edib ki, ilkin araşdırma bəzi yoluxmaların üç paylama mərkəzinə xidmət göstərən tədarükçüdən gələn dilimlənmiş soğanlarla əlaqəli olduğunu göstərir. Çirklənmiş inqrediyentin hələ tam müəyyən edilmədiyi bildirilir