Ötən gün şadlıq sarayının sahibi “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” maddəsi ilə inzibati qaydada həbs edilib. Bu barədə dekabrın 31-də Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, gün ərzində 130 şadlıq sarayında və 3 şəxsi həyətyanı sahədə keçirilən şənliklərin monitorinqi baş tutub.
Nəticədə 2 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. Toyların keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozan 3 nəfər isə “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” maddəsi ilə cərimə olunub.