Bugün aeroport yolunda qəzaya səbəb olan yük avtomobilinin 19 yaşlı sürücüsü saxlanılıb. Onun Qobustan rayon sakini Mahmud Əzizov olduğu müəyyən edilib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən oktyabrın 13-da məlumat verilib.
Sözügedən qəza 5 nəfərin ölümü ilə nəticələnib. Xəsarət alanların sayı 21 nəfər təşkil edir.