Ağcabədi rayon sakinindən çətənə bitkisi və qurudulmuş marixuana götürülüb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 15 iyul tarixində xəbər verir.
Ağcabədi polisi keçirilən əməliyyat tədbiri nəticəsində çətənə bitkisinin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Hindarx qəsəbə sakini Rauf Ağayevi saxlayıb.
Onun yaşadığı ünvanda aparılan axtarış zamanı 41 ədəd aqrotexniki üsulla yetişdirilmiş çətənə bitkisi və 3 kiloqram 290 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
[caption id="attachment_122130" align="alignnone" width="696"]
Foto DİN[/caption]