Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə 6 sentyabr tarixində APA məlumat verib.
Belə ki, 1963-cü il təvəllüdlü Muradov Vüqar Maşallah oğlu idarə etdiyi özünə məxsus “VAZ 2106” markalı avtomobillə piyada Ömərov Qürvət Mürvət oğlunu vurub.
Piyada xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.