Ağcabədidə kişi bıçaqlanıb, qonşusu şübhəli bilinir. Bu barədə 21 avqust tarixində Report məlumat verib.
Hadisə avqustun 20-də Ağcabədi şəhərinin H.Aslanov küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini Namiq Kazımovla qonşusu Ramil Hüseynov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə N.Kazımov qonşusunun qarın nahiyəsinə bıçaqla bir zərbə endirib.
Faktla bağlı araşdırma aparılır.