Ağcabədidə fəaliyyət göstərən pambıq zavodunda ölüm hadisəsi baş verib.
İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında baş verib.
Rayon sakini Rasif Quliyev çilingər işlədiyi pambıq zavodunda ehtiyatsızlıqdan pambıq təmizləyən aparata düşüb.
R.Quliyev aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Nəzrin Vahid