Ağcabədidə yanğın olub. Bu barədə 20 iyul tarixində APA məlumat verib.
Ağcabədi rayonunun Hacılar kəndində ümumi sahəsi 150 kvadratmetr olan talvarın yanar konstruksiyaları, altına yığılan 80 ton ot bağlamasının 40 tonu və yaxınlıqda dayanan “Qazel” markalı yük avtomobilinin yanar hissələri yanıb.
Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.