Ağcabədidə toy mərasimində 34 nəfər zəhərlənib. Bu barədə 10 iyul tarixində Report məlumat verib.
Hadisə iyulun 9-da rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.
Belə ki, toy mərasimində iştirak edən 34 nəfər zəhərlənmə diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 33 nəfərə ambulator ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 2007-ci il təvəllüdlü R.Əliyevanın müalicəsi isə davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.