Ağdaşın Binələr kəndində 17 yaşlı qız itkin düşüb. Bu barədə 28 iyul tarixində Lent.az xəbər verib.
İyulun 26-da kənd sakini G.İbrahimova evdən gedib və geri qayıtmayıb.
Onun yaxınları bu haqda polisə məlumat veriblər.
Yeniyetmə qızın axtarışları davam etdirilir.