Ağstafada çantasında silah və narkotik aşkarlanan narkokuryer saxlanılıb. Bu barədə 14 avqust tarixində APA Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Saxlanılan şəxs İrandan qanunsuz yolla rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edib.
Qazax rayon sakini Ruslan Cəfərov Ağstafa rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.
Ona məxsus idman çantasından müxtəlif bükümlərdə, ümumi çəkisi 757 qram narkotik maddə olan “heroin”, 2 kq-dan artıq olan “marixuana” və 2 ədəd tapança tipli odlu silah aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.