Bu gün Ağsu və Kürdəmir rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə 18 avqust tarixində Report “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verib.
Məlumata görə, "Ağsu” ölçü qovşağından qidalanan qaz kəməri üzərində yeni kollektorun quraşdırılması ilə bağlı avqustun 18-də saat 09:00-dan qaz təchizatı artıq dayandırılıb.
Qaz təchizatı dayandırılan müddətdə Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.