Ağsuda yabanı halda bitən çətənə kolu aşkarlanıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 22 iyul tarixində xəbər verir.
Ağsu Rayon Polis Şöbəsi “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış tədbiri keçirib.
Profilaktiki tədbirlər nəticəsində Xanbulaq kəndi ərazisində 1,5 hektar sahədən yabanı halda bitən 1 ton 250 kiloqram çəkidə 2900 ədəd çətənə kolu məhv edilib.