Ağsu rayonunda başqasına qəbir qazan kişi qazdığı qəbirə yıxılaraq ölüb. Bu barədə 8 avqust tarixində Lent.az məlumat verib.
Hadisə ötən gün baş verib. Belə ki, Ağsu rayonunda yerləşən məzarlıqda qəbirqazan işləyən, 54 yaşlı Səməndər Oktay oğlu Şirəliyev qazdığı məzara yıxılaraq ölüb.
İlkin məlumata görə, S.Şirəliyev ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.