Ağsuda qəsdən yanğın törədən şəxs müəyyən edilib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən bu gün, 21 iyul tarixində məlumat verir.
İyulun 18-də rayonun Ərəbsərvan kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verib.
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin müdaxiləsi sayəsində yanğının genişlənməsinə və yaxınlıqdakı fərdi yaşayış evlərinə, həyətyanı sahələrə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.
Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Şahzadə Şahlar oğlu Əhmədov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.