Ağsu rayon Gəgəli kəndi yaxınlığında dağlıq ərazidə baş verən yanğın söndürülüb. Bu barədə 9 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Yanğınsöndürmə əməliyyatlarında FHN-nin yanğın-xilasetmə qüvvələri və Aviasiya dəstəsinin helikopteri fəaliyyət göstərib.
Ümumilikdə 300 hektar ərazidə baş vermiş yanğın nəticəsində quru ot, kol-kos və biçilmiş taxıl sahəsi yanıb.
Yanğın avqustun 4-də “El yeri” adlanan dağlıq ərazinin yaxınlığında başlayıb.