Avropa İttifaqı (Aİ) İranda insan haqlarının pozulmasına görə bu ölkəyə qarşı sanksiyaları genişləndirib. Bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan məqalədə deyilir.
Bu barədə 15 sentyabr tarixində Report məlumat verib.
Bildirilib ki, İranın 6 təşkilatı və 4 fiziki şəxsi sanksiya siyahısına daxil edilib.
Xüsusilə İranın müxtəlif bölgələrindəki həbsxanalara, eləcə də bu ölkənin təhlükəsizlik qüvvələrinin yüksək rütbəli nümayəndələrinə qarşı sanksiya qüvvəyə minib.