“Al Market” MMC-yə cərimə protokolu yazılıb. Bu barədə martın 17-də Report xəbər verib.
Şirkət barəsində “epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə” maddəsilə protokol tərtib edilərək Suraxanı Rayon Məhkəməsinə göndərilib.
Sözügedən maddəyə əsasən, fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər isə 1200 manat məbləğində cərimə edilir.