Əlcəzairdə yol qəzası nəticəsində azı 34 nəfər ölüb. Bu barədə Report 19 iyul tarixində məlumat verib.
Tamanrasset şəhərində sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində azı 34 nəfər ölüb, 12 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı hospitala yerləşdiriliblər.
Hadisənin səbəbi araşdırılır.