İşğaldan azad edilmiş ərazilərə keçmək istəyən şəxs saxlanılıb. Bu barədə fevralın 1-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Beyləqan rayon sakini idarə etdiyi “QAZel” markalı avtomobillə nəzarət postlarından kənar yollarla azad edilmiş ərazilərə daxil olmağa cəhd edib.
Həmin şəxsin barəsində toplanmış materiallar məhkəməyə göndərilib.