İşğaldan azad edilən ərazilərdə 2021-ci ildə ümumilikdə 41 503 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb. Bu haqda yanvarın 7-də ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov məlumat verib.
Nəticədə 20 165 hektarlıq ərazi minalardan təmizlənib.
Plana əsasən, 2022-ci ildə 40 000 hektarlıq ərazinin təmizlənməsi gözlənilir.