İşğaldan azad edilən ərazilərdə yeni inşa olunmuş atış təlim mərkəzinin açılışı baş tutub. Bu haqda 17 dekabr tarixində Müdafiə Nazirliyinin saytında xəbər verilib.
Məlumata əsasən, mərkəzdə təlimlərə cəlb ediləcək şəxsi heyətin və təlim-döyüş texnikasının fəaliyyəti üçün bütün lazımi infrastruktur qurulub. Təlim mərkəzi real döyüş şəraitinə uyğunlaşdırılıb. Burada müxtəlif növ döyüş texnikasından atəş açılması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi üçün məşğələlərin keçirilməsi planlaşdırılır.
Təlim məşqləri ixtisaslı mütəxəssis-təlimatçılar tərəfindən həyata keçiriləcək.