Bugün, sentyabrın 23-də abituriyentlərin qəbul olunduqları ali təhsil müəssisələrinə qeydiyyat saat 12:00-da başa çatacaq. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Qəbul olunan şəxslər qeyd olunan tarixədək portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş vaxt ərzində qeydiyyatdan keçməmək abituriyentin imtina etməsi kimi qiymətləndiriləcək.