Avqustun 20-dən 30-dək ali təhsil müəssisələrinə ixtisas seçimi bütün ixtisas qrupları üzrə internet vasitəsilə aparılacaq. Bu haqda DİM məlumat verib.
Abituriyentlər 15-dək ixtisas kodu qeyd edə bilər. İxtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”-nə daxil olaraq təsdiq etmək mümkündür.
Müsabiqə şərtlərini ödəyən abituriyentlər eyni vaxtda 2 ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər.