Qafqaz Müsəlmanları İdarəsinin sədrinə yeni müavin təyin olunub. Bu barədə Report 18 iyul tarixində xəbər verib.
Bu vəzifəyə Bəxtiyar Nəcəfov təyinat alıb.
Bununla da Şeyxülislam Allahşükür Paşazadənin müavinlərinin sayı 6-ya çatıb.
B.Nəcəfov bundan əvvəl müxtəlif məscidlərdə imam kimi çalışıb.
Hazırda sədrin I müavini Salman Musayev, müavinləri isə Sabir Həsənli, Fuad Nurullayev, Qəmər Cavadlı və Rəşad Əliyarlıdır.