“Allergiyanın bütün növləri əks göstəriş hesab edilmir. Peyvənd nadir xəstəlikləri olanlar üçün tövsiyə olunmur”, - deyə millət vəkili Rəşad Mahmudov avqustun 24-də bildirib.
"Risk qrupunda olan vətəndaşlar ilk növbədə aşılanmalıdırlar. Allergiya səbəbindən peyvənddən imtina edənlərə demək istəyirəm ki, peyvənd ciddi xəstəliklər də belə icazə verilir. Xəstəliklərin kəskin mərhələsi bitdikdən sonra peyvənd vurdurula bilər. Avropa və ABŞ-da heç bir xəstəxana vaksinasiyadan əvvəl xroniki xəstəliklərə görə ilkin analizlər keçirmir", - Rəşad Mahmudov əlavə edib.