Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “Alo Karyera” dəstək xidmətinə istifadəyə verildiyi 5 ay ərzində 780 nəfər müraciət edib. Bu haqda 10 yanvar tarixində Agentliyin rəsmi saytında məlumat verilib.
Layihəyə müraciət edən şəxslərlə 1434 konsultasiya keçirilib.
Konsultasiyalar əsasən karyera məqsədlərinin təyin olunması, iş axatrışı və CV hazırlanması mövzuları ilə bağlı olub.
“Alo Karyera” dəstək xidmətinin məqsədi işsiz şəxslərə peşəyönümlü məsləhət xidmətlərinin göstərilməsidir. Xidmətdən linkə daxil olaraq yararlanmaq olar. Hər bir müraciət məsləhətçi tərəfindən yoxlanılır, daha sonra vətəndaşla əlaqə saxlanılır və onlayn görüşün vaxtı təyin edilir.