“Alo Karyera” dəstək xidmətinə müraciət etmiş 30 nəfər işə qəbul prosesini uğurla keçib, 14 nəfər isə könüllü və təcrübə proqramlarına qəbul olmaq şansı qazanıb. Bu barədə 12 oktyabr tarixində Dövlət Məşğulluq Agentliyi məlumat verib.
Sözügedən xidmət özünütanıma, əmək bazarının araşdırılması, karyera məqsədlərinin təyin olunması, iş axtarışı alətləri, CV və istək məktubunun hazırlanması, iş müsahibəsinə hazırlıq, peşə və ixtisas seçimləri mövzularını əhatə edir.
Ümumilikdə bu xidmət üçün 547 nəfər müraciət edib. Onlara müxtəlif mövzular üzrə 1002 konsultasiya keçirilib.
“Alo Karyera” dəstək xidmətinə müraciət edənlər arasında bakalavrlar, magistrlar, tam orta təhsilli şəxslər və doktorantlar üstünlük təşkil edib.
Xidmətdən yararlanmaq üçün vətəndaşlar qeydiyyatdan keçməlidirlər.