Altıgünlük rejimlə işləyən təhsil müəssisələrində Novruz bayramından öncə son dərs günü martın 19-da, bayramdan sonrakı ilk dərs günü isə martın 26 olacaq. Bu barədə martın 14-də Report Təhsil Nazirliyinə istinadən xəbər verib.
Həmçinin beşgünlük rejimlə işləyən təhsil müəssisələrində bayramdan əvvəl son dərs günü martın 18-i, bayramdan sonrakı ilk dərs günü isə martın 28-i olacaq.
Novruz bayramı ilə əlaqədar martın 20, 21, 22, 23, 24 və 25-i qeyri-iş günləri hesab edilir.