Dövlət “Qaya” ansamblının direktoru Əməkdar artist Rüfət Babayev vəfat edib. Bu barədə 20 iyul tarixində APA məlumat verib.
Bununla bağlı xalq artisti Cəmil Əmirov sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, Rüfət Babayev Rusiyanın Moskva şəhərində ürək tutmasından dünyasını dəyişib.
Rüfət Babayev “Qaya”nın mərhum bədii rəhbəri, xalq artisti Rauf Babayevin oğludur.