Cari mövsümdə Şamaxı rayonunda 40 275 hektar sahədə taxıl əkilib. Bu barədə 24 dekabr tarixində Rayon statistika idarəsinə istinadən Azərtac məlumat verib.
Məlumata əsasən, ötən ilə nisbətən cari ildə 711,8 hektar çox sahədə əkin aparılıb. Əkin sahələrinin 29 321,4 hektarı buğda, 10 953,7 hektarı isə arpadır.