Ötən müddətdə Amnistiya Aktı ilə bağlı 15 şikayət daxil olub, onlardan 14-ü araşdırılmaqla nazirliyin rəhbərliyinə məruzə edilib. Bu barədə 11 mart tarixində Report Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitovaya istinadən məlumat verib.
Onun sözlərinə görə, 1995-2003-cü illərdə qəbul olunmuş 7 Amnistiya Aktı 77 mindən çox insana şamil edilib.
O bildirib ki, imzalanmış 32 əfv sərəncamı ilə 3 100-dən çox məhkum bağışlanıb.
Amnistiya Aktı 15 450 nəfərə şamil edilib. Onlardan 8 626 nəfər cəzadan tam azad edilib, 6 490 nəfərin cəza müddəti isə azaldılıb.