Zəfər Günü münasibətilə elan edilən amnistiya indiyədək 1 300-dək şəxsə şamil olunub. Bu barədə ədliyyə naziri Fikrət Məmmədov noyabrın 22-də AZƏRTAC-a bildirib.
“Amnistiya həm istintaq mərhələsində, həm də məhkəmədə olan işlərə şamil olunur. Amnistiyanın 15 minə qədər şəxsə tətbiq olunması gözlənilir”, - deyə nazir əlavə edib.