2023-cü ilədək ANAMA-ya 30 minaaxtaran itin təhvil verilməsi gözlənilir. Bu haqda yanvarın 7-də ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov məlumat verib.
Məlumata əsasən, sözügedən itlərin 20-si artıq Agentliyə göndərilib.
"Xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyəsi, 18-i isə fərdi donorların ianəsi hesabına alınıb. Növbəti illərdə mövcud olan əməkdaşlığın davam etdirilməsi və yeni itlərin gətirilməsi nəzərdə tutulur", - deyə V. Süleymanov vurğulayıb.
Həmçinin qeyd olunub ki, ötən il minatəmizləmə əməliyyatına cəlb edilən xüsusi təlim keçmiş itlərin sayında əlavələr olub.