“Erməni soyqırımının tanınması məsələsi Ermənistanın xarici siyasət gündəmində prioritet deyil”.
İnsanoid.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.
O qeyd edib ki, tarixin faciəli səhifələri tarixçilər tərəfindən öyrənilməlidir, bu, xarici siyasət və diplomatiya məsələsi deyil.