Adam öldürməyə cəhddə ittiham olunan həvəskar futbolçu Uilyams Aleksandr Taponun meyiti tapılıb. Bu barədə Report 19 iyul tarixində xəbər verib.
Həyat yoldaşı onun intihar etdiyini bildirib.
Dəmiryol stansiyasının yaxınlığında tapılan oyunçu başından güllə yarası aldığı üçün vəfat edib. O, 24 yaşında dünyasını dəyişib.
Uilyams Aleksandr Tapon həvəskar turnirdə hakimi vəhşicəsinə döyüb. Futbolçu idman tədbirində qəsdən adam öldürmədə ittiham edildiyi üçün 10-15 il müddətinə həbs oluna bilərdi.