Arxiv arayışlarının verilməsinə görə tutulan dövlət rüsumları ləğv ediləcək. Bununla bağlı "Dövlət rüsumu haqqında" Qanuna dəyişiklik təklif olunur.
Bu barədə 15 sentyabr tarixində Report məlumat verib.
Dəyişiklik layihəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumlarının ləğv edilməsini nəzərdə tutur.
Belə ki, bundan sonra müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərə ödənişli arxiv xidmətlərini təsdiq olunmuş siyahı və xidmət haqları məbləği müqabilində göstərəcək.