"ASAN Login"də qeydiyyatdan keçmək yalnız “Video qeydiyyat” üsulu ilə mümkün olacaq. Bu haqda aprelin 4-də Elektron Hökumətin İnkişafı Mərkəzi məlumat yayıb.
Belə ki, mayın 1-dən "Mobil nömrə ilə" qeydiyyat ləğv olunacaq.
“ASAN Login” dövlət və özəl qurumlar tərəfindən göstərilən elektron xidmətlərdən istifadə etmək üçün yaradılmış vahid giriş sistemidir. Video qeydiyyat barədə təlimat videosu ilə link-ə daxil olaraq tanış olmaq olar.