Avqustun 1-də Astara rayonunun Çürkəş kənd sakini, 1952-ci il təvəllüdlü Qubad Əliyevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda istintaq aparılır. Bu barədə 2 avqust tarixində Report məlumat verib.
Cinayətin zərərçəkmişin qızı, 1987-ci il təvəllüdlü Rühəngiz Əliyeva tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Qadın saxlanılıb.
“Qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.