Astara rayonunda qanunsuz ov edən rayon sakini saxlanılıb. Oktyabrın 29-da DİN-dən verilən məlumata görə, ondan Ərçivan qəsəbəsi ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ovladığı 4 ədəd çöl quşu, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və digər ov alətləri aşkarlanıb.
Həmin şəxs barəsində inzibati protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.