Astarada noyabrın 22-də qanunsuz ov edən 3 vətəndaş saxlanılıb. Bu barədə DİN məlumat verib.
Məlumata əsasən, saxlanılan şəxslərdən ovladıqları 6 çöl quşu, 3 müvafiq sənədləri olmayan ov tüfəngi və digər ov alətləri aşkar edilib.
Şübhəli bilinən şəxslər barəsində inzibati protokol tərtib edilib.
Daha öncə, oktyabrın 29-da Astaranın Ərçivan qəsəbəsində qanunsuz ov edən rayon sakini saxlanılmışdır.