Astarada sanitar-gigiyena qaydalarının pozulmasına görə 4 vəzifəli şəxs barəsində inzibati qaydada tədbir görülüb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 22 avqust tarixində xəbər verir.
Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Astarada tədbirlər həyata keçirib.
Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə 6 fiziki, 4 vəzifəli şəxs, o cümlədən ərazi üzrə iki bələdiyyənin sədri, iki istirahət mərkəzinin sahibi barəsində inzibati tənbeh tətbiq olunub.
Onlar təbii su hövzələrinə çirkab suların axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, yerin təkindən istifadə edərək qanunsuz qum və torpaq daşınması ilə bağlı məsuliyyətə cəlb olunublar.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
[caption id="attachment_126573" align="alignnone" width="696"]
Foto DİN[/caption]