Astara rayonunda gənci elektrik cərəyanı vuraraq öldürüb. Bu barədə 9 iyul tarixində Report məlumat verib.
Hadisə Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsinə daxil olan Səlivə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Tofiq Abid oğlu Məlikov həyətyanı sahədə sitrus ağaclarını suvarmaq üçün su matorunu işə salıb.
Bu zaman elektrik cərəyanı onu vuraraq öldürüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.