Astara rayonunda üç gün əvvəl söykəndiyi avtomobilin hərəkət etməsi nəticəsində yıxılaraq xəsarət alan şəxs ölüb. Bu barədə 8 avqust tarixində Report məlumat verib.
Avqustun 5-də şəhərin Qum küçəsində 1942-ci il təvəllüdlü şəhər sakini Əlisəfa İbrahimov yol ayrıcında olduğu zaman halı pisləşib.
Ahıl kişi yıxılmamaq üçün işıqforda dayanan avtomobilin arxa tərəfinə söykənib. Lakin o, avtomobil hərəkət edən zaman yerə yıxılıb və xəsarət alıb. Xəstəxanaya yerləşdirilən 81 yaşlı kişi orada müalicə aldıqdan bir gün sonra evə buraxılıb. O, bu gün evində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.