Astarada qardaşını qəsdən öldürməyə cəhd etmədə təqsirləndirilən Nadirə Qənbərovanın məhkəməsi başlayır. Bu haqda Report aprelin 1-də xəbər yayıb.
Hadisə bu ilin yanvarında Astara rayonunda qeydə alınıb. 1986-cı il təvəllüdlü N. Qənbərova şəxsi münasibətlər zəminində qardaşı, 1982-ci il təvəllüdlü İlkin Qənbərovun bədəninin müxtəlif nahiyələrinə balta ilə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin “qəsdən adam öldürməyə cəhd etmə” maddəsilə cinayət işi başlanıb.