Dövlət Turizm Agentliyi tərəfindən aviabiletlərin qiymətləri ilə bağlı təkliflər verilib. Bu barədə 7 dekabr tarixində Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə Trend-ə deyib.
Onun sözlərinə görə, bu istiqamətdə müzakirələr gedir. "Hamı istəyir ki, qiymətlər daha sərfəli olsun. Digər tərəfdən qiymətlərin formalaşdırılması qəliz bir prosesdir və maya dəyərindən ucuz ola bilməz", - agentlik rəsmisi bildirib.