10 avqust tarixindən 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul başlanılır. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Onlayn qeydiyyata bu gün saat 11:00-da, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da start veriləcək.
Qəbul prosesi elektron portal vasitəsilə aparılacaq.
Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da bağlanacaq.