Dünən, noyabrın 21-də Sloveniyanın Çatej şəhərində keçirilən şahmat üzrə Avropa çempionatına yekun vurulub. Kişilərdən ibarət yığma 5-ci yerə, qadınlar isə 3-cü yerə yiyələnib.
Son 2 turda kişilər Ukrayna ilə 2:2 heç-heçə edib, Fransaya isə 1,5:2,5 hesabı ilə məğlub olub. Qadınlar isə macarlarla 2:2 heç-heçə edərək son turda Hollandiyanı 2,5:1,5 hesabı ilə məğlub edib və turnirdə 3-cü yeri tutub.
Kişilər turnirində Ukrayna, qadınlarda isə Rusiya yığmaları çempionatın qalibi adını qazanıb.