Ötən gün ərzində törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda dekabrın 14-də DİN məlumat verib.
Ümumilikdə axtarışda olan 80 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılıb.
Həmçinin narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 18 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb və əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.