Dövlət Məşğulluq Agentliyi tərəfindən CV hazırlamaq üçün platforma yaradılıb. Bu haqda 25 oktyabr tarixində Agentliyin rəsmi saytında məlumat verilib.
Cvyarat.az platformasının məqsədi CV hazırlığında əlçatanlığı təmin etmək və nəticədə işaxtaran şəxslərin işəqəbul prosesinə dəstək olmaqdır.
PDF formatda CV əldə etmək üçün saytdan qeydiyyatdan keçmək və tələb olunan məlumatları əlavə etmək lazımdır.
Platformadan istifadə ödənişsizdir.
Gələcəkdə platforma digər elektron sistemlərə inteqrasiya olunacaq və identifikasiya nömrəsi ilə istifadəçiyə dair şəxsi, təhsil, iş təcrübəsi kimi məlumatlar birbaşa doldurulacaq.